İstanbulda hərbi helikopter yaşayış yerinə düşdü: 4 əsgər öldü – FOTO+Yenilənib

İstanbulda hərbi helikopter qəzaya uğrayıb. 

Türkiyə KİV-nə istinadən xəbər verilir ki, helikopter yaşayış kompleksinin ərazisinə düşüb.

Qəza baş verən əraziyə xeyli sayda təcili yardım və yanğınsöndürən cəlb olunub.

Ölü və yaralılarla bağlı hələlik məlumat yoxdur.

***

İstanbul valisi Ali Yerlikaya bildirib ki, helikopter məcburi eniş edərkən qəzaya uğrayıb. Dörd yaralı hərbçi xəstəxanaya yerləşdirilib.

***

Helikopter qəzasında yaralanan hərbçilərin öldükləri açıqlanıb. (Qafqazinfo)





Paylaşın:
Share