Qaraqayalı Manaf Süleymanov redaksiyamıza zəng vurdu: Bir şikayətin izi ilə – VİDEO

Qaraqayalı Manaf Məcid oğlu Süleymanov redaksiyamıza zəng vuraraq yaşadığı Təzə Corat, məhəllə 76-ya gəlməyimizi xahiş etdi. Biz də həmin əraziyə gedərək gördük ki, onun uzun müddətdir ki, qonşuluqda obyekt sahibi olan Sabir bəylə yol problemi var. Sabir bəy israr edir ki, Manaf bəyin evinin qarşısında salınan yolda bardür dağıdılsın, xirda baxçada əkilən ağaclar kəsilsin və oradan iş yerinin arxasına qəza xidməti yolu açılsın. Ancaq ərazini dolaşarkan gördük ki, Sabir bəyin iradı düz deyil, çünki onun obyektinin sağ və qarşı tərəfi geniş işlək yoldur və orada istənilən ölçüdə maşın parkovka edə bilər. Çəkiliş zamanı da orada xeyli maşınların dayandığını gördük.

Və nəticədə şikayəti videoya çəkdik. Həmin reportajı sizə təqdim edirik:

Manaf Məcid oğlu Süleymanov çəkilişdən sonra bildirdi ki, şikayəti müsbət həll olunmasa, Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət edəcək.

Redaksiyanın qeydi:

Videoda adı çəkilən şəxslərin fikirlərini dərc etməyə hazırıq. Bizim məqsədimiz istənilən Azərbaycan vətəndaşının haqlı şikayətini qələmə almaqdır. Onlara qarşı haqsızlıq edənlər isə ölkə başçısı cənab İlham Əliyevin dəfələrlə dediyi kimi qanun qarşısında cavab verirlər.

Paylaşın:
Share