“Eurovision”da mələk qalmaqalı – Elnurdan oğurlanıb

“Eurovision- 2019” mahnı müsabiqəsində Xorvatiyanı təmsil edən Roko Blazeviçin obrazı müzakirələrə səbəb olub. 

Təl-Əvivdə ölkəsini “The Dream” mahnısı ilə təmsil edəcək ifaçının səhnə şousu Azərbaycanın 2008-ci il təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadə duetini xatırladıb. 

18 ildir müsabiqənin Top 10-luğuna daxil ola bilməyən Xorvatiyanın builki nümayəndəsi plagiatçılıqda günahlandırılıb. “İnfe Azerbaijan” qeyd edir ki, yerli media onun Elnurun səhnə obrazından faydalandığını bildirib. Roko Azərbaycan təmsilçiləri kimi kristal-ağ libas və mələk qanadlarında mahnısını ifa edib. (Qafqazinfo.az)

 





Paylaşın:
Share