Röyanı Türkiyədə necə aldatdılar? – “Pulunu artıqlaması ilə ödəmişdim…”

Əməkdar artist Röyanın başına iş gəlib.

Sənətçi bu barədə özü məlumat verib.

Sənətçi Türkiyədə evinə xadimə götürüb. Röyadan qabaqcadan pul alan xadimə, evi təmizləmədən aradan çıxıb:

“Xadimə, müğənni olduğumu biləndən sonra başladı ki, mən də konservatoriya bitirmişəm, ifaçı olmaq istəyirdim. Ona dedim ki, ay xanım, ürəyiniz istədiyiniz kimi yaşayın, arzularınızın ardınca gedin. Elə bu sözü deyəndən sonra qadın əlindəki yataq dəstini yerə atdı, dedi ki, düz deyirsiniz, bu gündən sənətin daşını atıram, müğənni olacağam. Təmizlik əşyalarını, tozsoranı hər şeyi ortada qoydu, çıxıb getdi. Özü də pulunu artıqlaması ilə əvvəlcədən ödəmişdim” – deyə, Röya bildirib. (AzNews.az)

Paylaşın:
Share