Dağıstanda kənd yandı: 20 ev külə döndü

Dağıstanın Cumadin rayonunda, Tissi-Axitli kəndində dəhşətli yanğın baş verib.

20 ev və bir o qədər də qeyri-yaşayış sahəsi tamamilə yanıb.

Yanğının söndürülməsinə yanğından mühafizə bölmələri və yerli əhali cəlb olunub.

Bildirilir ki, kənd çətin keçilən dağlıq ərazidə yerləşir. Kənddə təxminən 300 nəfər yaşayır.

Son məlumata görə, yanğın lokallaşdırılıb, xəsarət alan yoxdur. (Virtualaz.org)

Paylaşın:
Share