Nazabayev parlamentdə rus dilində danışmağı qadağan etdi

Parlamentdə qazax dilində danışacaqlar.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təlimatı ilə parlament və bütün hökumət idarələrində qazax dilində danışılacaq. 27 fevralda baş tutan hökumət iclasında da danışıqlar və çıxışlar qazax dilində olub.

Nazarbayev bir müddət əvvəl informasiya naziri Dauren Abayevlə görüşərək dilin etibarını artırmaqla bağlı təlimat verib: “Latın əlifbasına keçid müddəti xalqımız üçün tarixi baxımdan önəmlidir. Qazax dilinin etibarını artırmaq üçün işlər davam etdirilməlidir. Hökumət və parlament iclasları qazax dilində keçirilməli, vətəndaşlarımızın bu məsələdə haqları tapdanmamaıdır”.

Qazaxıstan prezidenti həmçinin qeyd edib ki, sinxron tərcümələr də qazax dilində aparılmalıdır. (Musavat.com)

Paylaşın:
Share