Putindən Trampa sərt cavab – Müqaviləni dondurdu

Rusiya 1987-ci ildə keçmiş SSRİ ilə ABŞ arasında imzalanmış “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması”nı dondurub.

İHA-ya istinadən xəbər verilir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin qərar imzalayıb.

Kremldən verilən açıqlamada ABŞ-ın müqavilənin şərtlərinə əməl etmədiyi üçün belə bir addım atıldığı vurğulanıb.

ABŞ-ın müqavilədə göstərilən vəzifələri icra edəcəyi təqdirdə müqavilənin yenidən qüvvəyə minəcəyi də bildirilib.

Xatıradaq ki, ABŞ prezidenti Donald Tramp ötən ilin oktyabrında verdiyi açqlamada 6 ay ərzində müqavilədən çıxacaqlarını elan etmişdi.

Qeyd edək ki, 1987-ci ildə Nevada ştatında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında imzalanmış sazişdə Rusiya və ABŞ-ın mənzili 300-3400 mil aralığında olan raket alması, istehsal etməsi və ya sınaqdan keçirməsi qadağan edilib. (Qafqazinfo)

Paylaşın:
Share