TBMM-in sədri Bakıda bu saytın bağlanmasını xahiş etdi – FETO ilə əlaqəsinə görə

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşüb.

Şentop seçildikdən sonra ilk səfərini Azərbaycana etdiyini, bunun iki ölkə arasındakı çox gözəl siyasi adət olduğunu bildirib.

TBMM-in sədri FETO-ya qarşı Türkiyənin apardığı mübarizədən də söz açıb:

“Bu mövzuda Azərbaycanın da gördüyü işləri çox bəyənirik. FETO-nun bəzi yayım orqanlarının burada qara təxribatının davam etdiyini bilirik. Xüsusilə, yeniavaz.com-un bu istiqamətdəki fəaliyyətinə görə təəssüflənirik. Bu saytın bağlanılmasına ümid edirik. Ölkələrimiz arasındakı dostluğa yaraşan şəkildə FETO ilə mübarizəmiz davam edir”. (AzNews.az)

image description
Paylaşın:
Share