Hillari Klinton 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirakdan imtina etməyibmiş

Keçmiş dövlət katibi bunun üçün xüsusi prokuror Robert Müllerin hesabatının yayımlanmasını gözləyir

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak barədə son qərarını vermək üçün Rusiyanın 2016-cı ildəki siyasi proseslərə qeyri-qanuni müdaxiləsini və prezident Donald Trampın Kremllə bağlantılarını araşdıran xüsusi prokuror Robert Müllerin hesabatını gözləyir.

Xarici agentliklərə isinadən xəbər verilir ki, bu barədə “Elections Central” internet portalında məlumat verilib.

Qeyd olunur ki, bu həftənin birinci günü Nyu-York ştatının “News-12” kanalına müsahibə verən Hillari Klinton namizədlik barədə düşünmədyini açıqlamışdı. Lakin “Elections Central”ın xəbərinə görə, bu bəyanatdan heç bir sutka keçməmiş H.Klintona yaxın qaynaqlar bu məsələnin hələ bitməmiş sayıldığını və demokrat siyasətçisnin Robert Müllerin aktını dörd gözlə gözlədyini bildiriblər.

Gələn informasiyalarda Hİllari Klintonun həm də xələfi, keçmiş dövlət katibi Con Kerrinin də iştirak etməmək barədə qərarını açıqlamamış son sözünü söyləməyəcəyi deyilir.

Xatırladaq ki, 2016-cı il noyabrın 8-də keçirilən seçkilərində Demokrat parityasının vahid namizədi kimi iştirak edən Hillari Klinton rəqibi Donald Trampdan 3 milyondan artıq səs toplamasına rəğmən, ABŞ-dakı əcaib seçki sisteminin qaydalarına görə, rəqibi qarşısında məğlub sayılmışdı. Belə ki, Donald Tramp qələbə qazandığı ştatların sayındakı çoxluğa görə seçicilər kollegiyasında daha çox səs əldə edib. (Tramp 304, Hillari Klinton 227) (Musavat.com)

Paylaşın:
Share