Ərdoğan BMT-nin baş katibi ilə telefonla danışdı

Martın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Anadolu Agentliyinə istinadla xəbər verilir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Hindistan-Pakistan sərhədində baş verən hadisələr və Suriyadakı hazırkı vəziyyət müzakirə edilib. (AZƏRTAC)

 

Paylaşın:
Share