Avropa İttifaqının terrorizmlə ən çox üzləşən ölkəsinin adı açıqlandı

İspaniyada 2000-2018-ci illər ərzində terror hücumları nəticəsində 268 insan həlak olub. Bu, Avropa İttifaqı (Aİ) ölkələri arasında maksimal göstəricidir.

Bu barədə məlumat “Avropada terrorizmin ağ və qara kitabı” adlı məruzədə deyilir.

Həlak olanların 236-sı Aİ vətəndaşlarıdır. Statistika baskların ETA qruplaşmasının son terror aktlarını da əhatə edib.

Bu kədərli reytinqdə ikinci yeri Fransa (263 qurban) tutur.

Paylaşın:
Share