Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın – 4 nəfər təxliyyə edildi

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub, 4 nəfər təxliyyə edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının birinci mərtəbəsində baş verib. Belə ki, ümumi sahəsi 15 m² olan 1 otaqlı mənzildə yataq dəsti və pəncərə çərçivəsi yanıb.

Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaşın:
Share