Gülnarə Kərimovanın intihar xəbəri yayıldı – Rəsmi açıqlama

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın Daşkənddə ev dustaqlığından ümumi rejimli həbsxanaya köçürülməsindən sonra intihar etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Özbəkistanın Baş Prokurorluğundan açıqlama verilib.

“Heç bir intihar, ya da intihar cəhdi, o cümlədən cinayət hadisəsi baş verməyib. Gülnarə Kərimova təyin olunmuş qaydada cəza çəkir. Bütün bunlar rezonans doğuran hadisə ətrafında növbəti şayiələrdir”, – Baş Prokurorluqdan bildirilib.

Qeyd edək ki, G.Kərimova 2 gün öncə ev dustaqlığından ümumi rejimli həbsxanaya köçürülüb. Onun həbsxanada intihar etdiyi barədə məlumat az öncə yayılmışdı. (Axar.az)

Paylaşın:
Share