Gürcüstan XİN rəhbəri istefaya getmir – Baxtadze

Gürcüstanın xarici İşlər naziri David Zalkaliani öz vəzifəsini tərk etməyəcək.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Baş naziri Mamuka Baxtadze deyib.

“David Zalkaliani və David Bakradze peşəkar və uğurludurlar. Mənə dedilər ki, gürcü KİV-ləri digər kadr dəyişikliyindən də bəhs edir, amma bütün bunların heç birinin əsası yoxdur”, – o bildirib.

Qeyd edək ki, bundan öncə Gürcüstan KİV-i Tiflisin ABŞ-dakı səfiri David Bakradzenin xarici işlər naziri təyin olunacağı haqqında məlumat yaymışdı. (Axar.az)

Paylaşın:
Share