Hindistanın qırıcı təyyarəsi qəzaya uğradı

Hindistan hərbi qüvvələrinə məxsus “MİQ 21” qırıcı təyyarəsi ölkənin Racastan ştatında qəzaya uğrayıb.

Hindistan KİV-lərinə istinadla xəbər verilir ki, pilot vaxtında katapult edərək xilas olub. Təyyarənin döyüş tapşırığını yerinə yetirməyə gedərkən qəzaya uğradığı bildirilir.

İlkin ehtimala görə, qəzaya səbəb quşun qırıcı təyyarəyə çırpılması olub. Amma əsl qəzanın səbəbi araşdırmadan sonra bilinəcək. (AZƏRTAC)

Paylaşın:
Share