Lotu Quli Türkiyəni tərk etdi

Qanuni oğru Nadir Səlifov (Lotu Quli) Dubaya köçüb və bundan sonra fəaliyyətini oradan davam etdirəcək.

Bu barədə Rusiyanın rosbalt.ru saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Səlifovun ora köçməkdə məqsədi özünü başda Rusiya olmaqla müxtəlif ölkələrin təhlükəsizlik orqanlarının müdaxiləsindən qorumaqdır. Çünki Rusiyada müstəntiqlər onu sorğu-sual etmək istəyirlər.

Qeyd edək ki, azadlığa çıxdıqdan sonra Türkiyədə gedən qanuni oğru bir müddət Dubayda qalmağı planlaşdırır.

Səlifovun Rusiya Federasiyasında fəaliyyət göstərən qruplarının nəzarət mərkəzi Birləşmiş Ərəb Əmirliklərində yerləşib. Bildirilir ki, Lotu Quli demək olar hər gün internet vasitəsilə həmin qruplarla əlaqə saxlayır və öz tapşırıqlarını verir.

Mənbənin dediyinə görə son zamanlarda Lotu Qulinin nümayəndələri Rusiyada görülməmiş fəaliyyətlərə başlayıblar və əməliyyatçılar onları tutmağa çalışır. Qulinin Dolqoprudnıy və Moskvadakı elçiləri saxlanılıb, Sverdlovsk və digər bölgələrdəki fəaliyyətlər haqqında məlumatlar əldə edilib.

Əslində daha öncə qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski, 2016-cı ilin avqustunda İstanbulda öldürülüb) nəzarətində olan bütün bazarlar və kommersiya obyektlərinin idarəsi tam Səlifovun nəzarətinə keçib. Digər azərbaycanlı avtoritetlər onunla mübahisə etməməyi üstün tuturlar. Müxalif tərəfdə isə təkcə Rövşənin yaxın qohumu Zaur qalıb. O, yaxın zamanlara qədər Moskvada olurdu. Lakin bildirilir ki, Səlifovun adamları ilə mübarizə apara bilməyəcəyini anladıqdan sonra aradan çəkilib. Mənbələrin sözlərinə görə, buna baxmayaraq o, müntəzəm olaraq Moskvada onunla danışmaq istəyən avtoritetlərlə əlaqə saxlayır və müəyyən hadisələr barədə məlumat verir.

Xatırladaq ki, Quli 2018-ci ilin oktyabrlında Türkiyədə olarkən saxlanılmışdı. O vaxtdan bəri Rusiya Səlifovun verilməsi üçün İnterpol xətti ilə 2 dəfə müraciət etmişdi, lakin Türkiyə tərəfi bu müraciətlərə cavab verməmişdi. Həmin vaxt Quli Azərbaycana deportasiya edilmişdi. Lakin Səlifov burada uzun müddət qalmayıb və BƏƏ-dən nəzarət etməyin daha uyğun ola biləcəyi qənaətinə gəlib. (Axar.az)

Paylaşın:
Share