Səudiyyə Ərəbistanının vəliəhdini qardaşı öldürmək istədi – Siu-qəsd

Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin-Salmana qarşı sui-qəsd cəhdi olub.

Bu barədə İsrailin “Makorrishon” xəbər saytı məlumat yayıb.

Bildirilib ki, Məhəmməd bin-Salman sui-qəsdin qarşısını son anda ala bilib. Bu cinayəti törətməkdə şübhəli bilinən Bəndər bin-Salman tutulub.

Məlumata görə, Bəndər bin-Salman vəliəhdin qardaşıdır.

O, krallığın mühafizə dəstəsi üzvlərindən birinə bu məqsəd üçün 10 milyon rial (2 milyon 666 min 471 dollar) pul təklif edib.  (Report)

Paylaşın:
Share