Yeni Zelandiyada yol qəzasında 3 çinli turist öldü

Yeni Zelandiyada baş verən avtomobil qəzasında 3 çinli turist ölüb, 2-si çinli olmaqla 5 nəfər yaralanıb.

Çin Mərkəzi Televiziyasına istinadla xəbər verilir ki, hadisə Yeni Zelandiyanın Cənub adasındakı Tekapo gölü yaxınlığında baş verib. Bildirilir ki, iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır. (AZƏRTAC)

Paylaşın:
Share