ABŞ-ın Hərbi Hava Qüvvələrinin rəhbəri istefaya gedəcək

ABŞ-ın Hərbi Hava Qüvvələrinin naziri Hezer Uilson bildirib ki, o, Birləşmiş Ştatların prezidenti Donald Trampı istefaya getmək niyyəti barədə məlumatlandırıb.

Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.

“Bu gün prezidentə məlumat verdim ki, Hərbi Hava Qüvvələrinin naziri vəzifəsindən istefaya gedəcəm və Texasın El-Paso Universitetinin prezidenti olacam, – deyə Hezer Uilson “Twitter”də yazıb.

Uilson bildirib ki, Amerika hərbçiləri ilə işləmək onun üçün böyük şərəf idi.

“Mən ABŞ-ın Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının və gücünün bərpasının işində nail olduğumuz irəliləyişlə fəxr edirəm”, – deyə o əlavə edib.

Daha əvvəl məlum olub ki, ABŞ prezidenti Donald Trampın elan etdiyi kosmik qüvvələrinin yaradılması Birləşmiş Ştatların büdcəsinə 5-10 milyard dollara başa gələcək. (Report)

Paylaşın:
Share