Azərbaycanın şahmat yığması bu gün ABŞ komandası ilə qarşılaşacaq

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada davam edən dünya çempionatında bu gün V turun oyununa çıxacaq.

Rəqib ABŞ kollektivi olacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Beş turdan sonra altı xalı olan ABŞ komandası 2-4-cü yerləri bölüşdürür. Azərbaycan isə bir xalla 9-cu pillədə qərarlaşıb.

Bu gün Misir – İsveç, Çin – İran, İngiltərə – Hindistan və Qazaxıstan – Rusiya qarşılaşmaları da keçiriləcək. ((Report)

Dünya çempionatı, V tur

13:00. ABŞ – Azərbaycan

Paylaşın:
Share