Efiopiyada təyyarə qəzasında 19 ölkənin vətəndaşının öldüyü açıqlandı

Bu gün Efiopiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki şəxslərin hansı ölkələrin vətəndaşları olduğu açıqlanıb.

TASS  agentliyinə istinadən verilən məlumata görə, təyyarənin məxsus olduğu “Ethiopian Airlines Group” aivaşirkətinin nümayəndəsi Əddis-Əbəbədə keçirilən mətbuat konfransında bildirib ki, qəzada 149 sərnişin və 8 heyət üzvü həyatını itirib.

Qəzada ölənlərin 18-i Kanada, 9-u Efiopiya, 8-i İtaliya, 8-i Çin, 8-i ABŞ, 7-i Böyük Britaniya, 7-i Fransa, 6-ı Misir, 5-i Hollandiya, 4-ü Yeni Zelandiya, 4-ü Hindistan, 4-ü Slovakiya, 3-ü Avstriya, 3-ü İsveç, 3-ü Rusiya, 2-i Mərakeş, 2-i İspaniya, 2-i İsrail, 1-i Belçika vətəndaşıdır. Üç sərnişində isə BMT pasportları olub, onların milliyəti dəqiqləşdirilir.

Qeyd edək ki, bu gün səhər Efiopiyada göyərtəsində 157 sərnişinin olduğu “Boeing 737” təyyarəsi qəzaya uğrayıb. Əddis-Əbəbədən Keniyaya Nayrobi şəhərinə uçan təyyarə yerli vaxtla saat  08:44 radələrində Oromiya regionunda, Debre-Zeyt yaşayış qəsəbəsi yaxınlığında yerə çırpılıb. Qəzada sağ qalan olmayıb. (ONA)

Paylaşın:
Share