Həbibin rəqibi Konoru həbs etdilər

Yüngül çəkidə UFC-nin sabiq çempionu Konor Makqreqor həbs edilib.

Rusiya mediasına istinadən xəbər verilir ki, bu haqda informasiyanı ABŞ-ın Florida ştatının Mayami-Biç şəhərinin polis idarəsi yayıb.

Məlumata görə, son döyüşdə dağıstanlı Həbib Nurməhəmmədova məğlub olan irlandiyalı idmançı soyğunda ittiham edilir.

Konor dünən yerli vaxtla saat 17.56 radələrində ələ keçirilib.

Döyüşçü hoteldən bayıra çıxan zaman bir oğlan onu öz telefonuna çəkmək istəyib. O isə həmin şəxsə zərbə vuraraq telefonunu əlindən alaraq yerə tullayıb və bir neçə dəfə tapdalayıb.

Daha sonra isə telefonu qaldıraraq özü ilə aparıb. Zərər çəkənin sözlərinə görə, telefonun qiyməti min dollar olub.

Qeyd edək ki, Konor Makqreqor ötən il oktyabrın 6-da ABŞ-da keçirilən döyüşdə rusiyalı Həbib Nurməhəmmədova məğlub olub. (AzNews.az)

Посмотреть изображение в ТвиттереПосмотреть изображение в Твиттере

Miami Beach Police

@MiamiBeachPD

MBPD has arrested and charged Conor McGregor, DOB: 7/14/88, with Strong Arm Robbery and Criminal Mischief, both felonies. Please see arrest report and booking photo below. No additional information will be provided.

707 человек(а) говорят об этом
Paylaşın:
Share