Masazır qəsəbəsində qəza baş verib, yaralılar var – VİDEO

Abşeron rayonunda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Hadisə Masazır qəsəbəsində qeydə alınıb. “VAZ 2121” (Niva) markalı avtomobilin sürücüsü yüksək sürətlə idarə etdiyi nəqliyyat vasitəsini sola doğru manevr etdirərkən qarşıdan gələn “NAZ Lifan” markalı digər avtomobilin yoluna çıxıb və avtomobillər toqquşub.

Avtoqəza nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb. “NAZ Lifan” markalı avtomobilin sürücüsü, “Niva” markalı avtomobilin isə sürücüsü və bir sərnişini ağır xəsarətlər alıb. Hər üç yaralı YPX müfəttişlərinin köməkliyi ilə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır. (ONA)

Paylaşın:
Share