Çempionlar Liqası: “Barselona” “Mançester Yunayted”ə rəqib oldu

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.
 
1/4 final cütlükləri aşağıdakı kimidir:
 
Çempionlar Liqası, 1/4 final 
 
“Liverpul” (İngiltərə) – “Portu” (Portuqaliya)
“Tottenhem” (İngiltərə) – “Mançester Siti” (İngiltərə)
“Ayaks” (Hollandiya) – “Yuventus” (İtaliya)
“Mançester Yunayted” (İngiltərə) – “Barselona” (İspaniya)
 
Yarımfinal
 
“Liverpul”/“Portu” cütünün qalibi – “Barselona”/“Mançester Yunayted” cütünün qalibi
“Tottenhem”/“Mançester Siti” cütünün qalibi – “Ayaks”/“Yuventus” cütünün qalibi
 
Qeyd edək ki, 1/4 final mərhələsində ilk oyunlar aprelin 9-10-da, cavab qarşılaşmaları isə 16-17-də keçiriləcək. Yarımfinalda isə ilk görüşlər 30 aprel-1 may, cavab matçları isə 7-8 may tarixlərində olacaq.

Paylaşın:
Share