Gələn aydan birinci qrup əlilliyi olan şəxslər Prezident təqaüdü alacaq

Gələn aydan etibarən əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də Prezident təqaüdü veriləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də Prezidentin aylıq təqaüdünün ödənilməsinə imkan verib.

Paylaşın:
Share