Tovuz sakini ZİL-i aşırdı, həmkəndlisi öldü

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Əsrik Cırdaxan kəndi yaxınlığında olub.

Kənd sakini, 1996-cı il təvəllüdlü Quliyev Əfqan Məstan oğlu sürücülük hüququ və etibarnaməsi olmadan atası Quliyev Məstan Əmirastan oğluna məxsus ZİL MMZ-45021 markalı avtomobil ilə qəza törədib.

Ə. Quliyev avtomobili Əsrik Cırdaxan kəndinin kənarındakı meşə sahəsinə aşırıb. Hadisə nəticəsində avtomobilin yük yerində olan həmkəndlisi Abbasov Əli İltifat oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Paylaşın:
Share