Üzeyir məşhurların saxtakarlığından yazdı

Müğənni Üzeyir Mehdizadə azərbaycanlı məşhurların əksəriyyətinin yutubda trendə düşmək üçün saxtakarlığa əl atdığını qeyd edib. 

İfaçı bu barədə instaqram səhifəsində məlumat verib. 

O, “Nostalji Mix” adlı layihəsinin iki gün ərzində 250 minə yaxın baxış topladığını, lakin trendə düşmədiyini vurğulayıb.

Üzeyir bildirib  ki, bəzi tanınmışlar bunun üçün saxtakarlığa əl atır: “Trenddəki saxtakarlıqlarla bir daha rast gəldik. Bu işdə düzgünlüklə zəhmət çəkib nəticə gözləyənlər var, amma bəzi fırıldaqçılıqlara görə hazırda Azərbaycan yutub trendində saxtakarlıqlar davam edir.

Mən bilmək istəyirəm ki, tək bunu mən hiss edirəm? Bu saxtakarlıqlarda kimlər iştirak edib haqqı nahaqla qarışdırır? İnşallah onlar da əməllərinin nəticəsini görər”.  (Qafqazinfo)

Paylaşın:
Share