Astana rəsmi olaraq Nur-Sultan adlandırıldı

Astana şəhərinin adı rəsmi şəkildə dəyişdirilərək Nur-Sultan olub.

Rusiya mətbuatına istinadən verilən xəbərə görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Yeni prezident Kasım-Jomart Tokayev Qazaxıstan paytaxtının adının dəyişdirilməsi ilə bağlı Konstitusiyaya düzəlişi imzalayıb.

Qeyd edək ki, Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev Astananın adının ilk prezident Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılması təklifi ilə çıxış etmişdi. (ONA)

Paylaşın:
Share