Kəmaləddin Heydərov Bakıda yanğının baş verdiyi əraziyə gəldi

Dövlət rəsmiləri Bakıda yanğının baş verdiyi əraziyə gəliblər.

Hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmilər hadisə yerindədirlər.

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. (Report)

Paylaşın:
Share