Türkiyə futbolçuları Moldova millisini darmadağın etdi

Martın 25-də “Avro 2020” seçmə mərhələsinin ikinci turunun növbəti oyunu keçirilib.

“H” qrupunda yer alan Türkiyə millisi öz meydanında Moldova seçməsini qəbul edib.

Görüş türklərin böyük hesablı qələbəsi ilə başa çatıb – 4:0.

Şenol Günəşin yetirmələrinin həyətində Hasan Əli Kaldırım (24), Cenk Tosun (26, 54) və Kan Ayxan (70) fərqləniblər. Matçın 53-cü dəqiqəsində Burak Yılmaz 11 metirlik cərimə zərbəsini yerinə yetirə bilməyib.

Bu qələbə sayəsində Türkiyə millisi “H” qrupunda xalların sayını 6-ya çatdıraraq liderliyə yüksəlib. Moldova millisi isə sonuncu – 6 yerdə qərarlaşıb.

Paylaşın:
Share