Bu da “Xiaomi”nin ilk qatlana bilən smartfonu – VİDEO

Çinin “Weibo” adlı sosial şəbəkəsində Xiaomi şirkətinin ilk qatlana bilən smartfon modelinin yeni videosu ortaya çıxıb.

Technote-yə istinadən xəbər verilir ki, “Samsung” şirkətinin “Fold” modelindən sonra “Xiaomi” də qatlana bilən smartfon hazırlayıb.

Məlumata görə, “Mi Flex” və ya “Mi Fold” adlanacaq bu model “Snapdragon 855” prosessoru və 10/12 GB RAM ilə təchiz olunacaq.

Bildirilir ki, smartfon bu ilin ikinci rübündə Çində satışa çıxacaq. Qiyməti isə “Galaxy Fold” və “Huawei Mate X” modellərindən iki dəfə ucuz olacaq. (Qafqazinfo)


 

Paylaşın:
Share