Nigardan Şəbnəmə cavab: “Acından ölənə oxşayıram?”

Müğənni Nigar Camal toy müğənnilərinin efirə buraxılmaması barədə səsləndirilən fikirlərə münasibət bildirib.

O bildirib ki, insanların zövqünü korlamamaq üçün efirə hər müğənni buraxılmamalıdır: “Onların fikri ilə razıyam. Millətin zövqünü korlamaq lazım deyil. Çox istərdim ki, bizim musiqimiz müasirləşsin, gözəl və səviyyəli musiqi tamaşaçıya təqdim olunsun. Geri getmək lazım deyil, inkişaf etmək lazımdır”.

Nigar sosial şəbəkə vasitəsilə həmkarlarına atmaca atmasına da aydınlıq gətirib: “Mən heç kimə atmaca atmıram, zarafat edirəm. Bəziləri sözlərimi aqressiv qarşılayır. Proqram-proqram gəzib, eyni söhbətləri danışırlar. Sonra da deyirlər ki, Nigarı reklam etdik. Mən özümü reklam etsəydim, onlar kimi proqram-proqram gəzərdim. Əslində, mənim onlara söz atmağım bəzilərinə sərf edir, gündəmə gəlirlər”.

O, həmkarı Şəbnəm Tovuzlunun “Pop oxuyanlar acından ölür” açıqlamasına “Acından ölənə oxşayıram?” cavabını verib. (Musavat.com)

Paylaşın:
Share