Azər İsgəndərov: Yol izini azanlardan…

Etibarmı olar

Şeir

Bir az göyə yüksəlməknən
Ala qarğa sarmı olar
Sən söyüdə qulluq etsən
Onda meyvə barmı olar

Yol izini azanlardan
İynəynən gor qazanlardan
Şəklə şeir yazanlardan
Şair sənətkarmı olar

Qağam guya qan cıxarıb
Qazaxda dasdan cıxarıb
…Qohumu yasdan cıxarıb
Böylə günahkarmı olar.

Ruhu vardır lap daşın da
Sevgi xoşdu hər yaşında
Şair ola altmışında
Hamı Zülfüqarmı olar.

Dedik secək şəhər meri
Oldu sarımsaq fermeri
Qayıtmasa Yasin geri
Şefin yeri darmı olar.

Nə kin bilir, nə oğurluq
Boğazına vermir korluq
Əldən getdi direktorluq
Mətə etibarmı olar

Od olasan yaxmayasan
Su olasan axmayasan
Top atıla qalxmayasan
Mənim kimi karmı olar.

Azər İsgəndərov

Paylaşın:
Share