Zöhrə Qaraqızı: Dağlarda qaldı

Dağlarda qaldı

Şeir

Dağlar dedin, qövr elədi yaralar,
Cənnət məkan idi, vallah, oralar.
Vətənsiz qürbətdə qalan saralar,
O xoş novrağımız dağlarda qaldı.

Bir anlıq gözümdə dəyısdi aləm,
Dağlara yayıldı, ucaldı naləm.
O dağlarda qaldı bənövşəm, laləm.
Bizim sorağımız dağlarda qaldı.

O dağlar nələrə şahid olmayıb?
Nələr boşalmaýıb, nələr dolmayıb?
O dağlarda bilin, nələr qalmayıb?
Dərdə dərmanımız dağlarda qaldı.

Dağlarda at capan oğuldu, nərdi,
Dağlar qoruyardı igidi, mərdı.
Yox idi bir kəsin nə qəmi, dərdi,
Bilin, gümanımız dağlarda qaldı.

Zöhrə dağlar qızı bilir özünü,
Əqidəm, məsləkim yıxar yüzünü.
Burda bir qonağam, bilin düzünü,
Əsas ünvanımız dağlarda qaldı.

Zöhrə Qaraqızı

Paylaşın:
Share