Ramaldan Abbasa cavab – “Sən mənə dəstək yox, köstək olmusan”

Əməkdar artist Abbas Bağırov və müğənni Ramal İsrafilov arasında qalmaqal baş verib.

Image result for Abbas Bağırov

Abbas Bağırov

Buna səbəb Abbas Bağırovun “Söhbətsiz” verilişində Ramalın ünvanına “A-Trio qrupunda özbaşınalıq etdi, kənarda qardaşları ilə birgə qrupun adından istifadə edərək, toylara gedirdilər, pul qazanırdılar” deməsi olub.

Ramal İsrafilovun İnstagramda həmkarına cavabı gecikməyib:

Image result for Ramal Ä°srafilov

“Mənim ailəmdəm başqa təşəkkür edəcəyim, qarşısında üzükölgəli olduğum heç kim yoxdur. İçi Abbas Bağırov olmaqla. A-Trio qrupuna israrla gətirilmişəm, minnətlə yox. A-Triodan əvvəl bəstələrimi estrada ulduzları oxuyurdu. Yəni qrup həyatımda dönüş nöqtəsi olmadı. Sadəcə fərqli bir səhifə oldu. Bu gün Abbas Bağırov açıqlamasında böyük görsənmək istəyib, guya “böyüklük” edib. Deyib ki, qrupun adından istifadə edib toylara gedirdilər. Abbasa sual verirəm ki, mən toylara gedəndə 5 nəfərin içində oxumuşdum? 2002-ci ildə sən Bakıya ciddi musiqi ilə məşğul olmağa gələndə mən artıq Vaqif Gərayzadənin yanında ciddi sənətlə məşğul idim. Sənin musiqiçi olmağına sözüm yoxdur. Amma mənim haqqımda “özbaşınalıq edirdilər” sözünü işlətməyə sənin və sənin kimilərin həddi deyil. Sizin üçün böyük tikə olaram və boğazınızda qalaram, uda bilməzsiniz. Hətta sənə tək Azərbaycanda deyil, Türkiyədə də tanıdacaq qədər böyük mahnı vermişəm. Sən mənə dəstək yox, köstək olmusan. Əməyimi “Aləm gözəl” mahnımı gözümün içinə baxa-baxa, üzümə dura-dura mənim olmaqdan çıxartmağa çalışmısan. Köhnə dəftəri açmaq niyyətim yoxdur, amma çalış sən də açdırma. Uzun illərdir ki, necə susmuşuqsa elə də davam edək. Barışmaq istəyin varsa, bütün barışıqlara hazır olduğum kimi buna da hazıram. Amma boynunu aşaçaq, yaxud da başqasını əzəcək sözlər işlətməklə böyüklük olmur. Nə də ki, sənətkarlıq…”.

Qeyd edək ki, Ramal İsrafilov və Abbas Bağırov “Aləm gözəl” mahnısına görə illərdir küsülüdürlər. (Az.News.az)

Paylaşın:
Share