“Parlamentdə gülləbaranı Putin sifariş edib” – Köçəryandan sensasiya

Erməni KİV-lər Müdafiə və təhlükəsizlik məsələləri üzrə Milli Şuranın daimi komissiyasının iclası barədə sensasion məlumat yayıblar.

Erməni mediasına istinadən verilən xəbərə görə, iclas 27 oktyabr 1999-cu il hadisələrinə həsr olunub. Qeyd edək ki, o, zaman bir neçə terrorçu Ermənistan parlamentinin binasına daxil olaraq, spiker Karen Dəmirçiyanı, baş nazir Vazgen Sarkisyanı, spikerin müavinləri Yuri Baxşyanı və Ruben Miroyanı, operativ məsələlər üzrə nazir Leonard Petrosyanı, deputatlar Armenak Armenakyanı, Henrix Abramyanı və Mikael Kotanyanı güllələyiblər.

Müdafiə və təhlükəsizlik məsələləri üzrə Milli Şuranın daimi komissiyasının iclasında Ermənistanın Baş naziri Nikol Paşinyaının yaxın silahdaşı, hakim partiyanın deputatı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Köçəryan sensasion açıqlama verib.

“27 oktyabr cinayəti açılıb. Sifarişçilər məlumdur. Bu cinayəti Vladimir Putinin tapşırığı ilə Rusiya xüsusi xidmət orqanları törədib”, – erməni mediası Andranik Köçəryana istinadən bildirib. (Teleqraf)

Paylaşın:
Share