Culian Assanjın vəkili jurnalistlərə müsahibə verdi

Londonda həbs edilən “WikiLeaks” saytının yaradıcısı Culian Assanjın vəkili Cennifer Robinzon jurnalistlərin suallarını cavablandırıb.

Assanj ilə görüşdüyünü deyən vəkil onun öz tərəfdaşlarına minnətdarlıq etdiyini söyləyib. Cennifer Robinzon Assanjın ABŞ-a ekstradisiya tələbinə qarşı mübarizə aparacaqlarını bildirib.

Həmçinin Ekvador prezidenti Lenin Moreno İngiltərənin Assanjı edam cəzasının qüvvədə olduğu bir ölkəyə göndərməyəcəyinə dair zəmanət verdiyini açıqlayıb.

Xatırladaq ki, 47 yaşlı Avstraliya vətəndaşı Culian Assanj 2012-ci ildən siyasi sığınacaq tələbi ilə müraciət etdiyi Ekvadorun Londondakı səfirliyində gizlənirdi.

Paylaşın:
Share