2018-ci ildə Sukerberqin təhlükəsizliyinə 20 milyon dollar xərclənib

“Facebook” 2018-ci ildə şirkət rəhbəri Mark Sukerberq və onun yaxınlarının təhlükəsizliyinin təmin edilməsinə 20 milyon dollara yaxın vəsait sərf edib.

TASS-a istinadən xəbər verilir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

Bu barədə məlumat “Facebook” şirkətinin ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Federal Komissiyasına təqdim etdiyi sənəddə qeyd olunub.

Bildirilir ki, Sukerberq “Facebook”da fəaliyyətinə görə ilinə rəmzi olaraq 1 dollar alır, lakin şirkət, səlahiyyətlərini yerinə yetirən zaman onun xərclərini kompensasiya edir. (Report)

Paylaşın:
Share