AÇ-2019: Son 5 güləşçimiz mübarizəyə qoşulur

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı sona yaxınlaşır.

Bu gün 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə start verəcək.

Bu kateqoriyalar üzrə püşkatma mərasimi keçirilib və yığmamızın üzvlərinin ilk rəqibləri müəyyənləşib. Püşkatmanın nəticəsi belədir:

60 kq
1/8 final
Murad Məmmədov – David Ersetik (Polşa)

67 kq
1/8 final
Kamran Məmmədov – Fredrik Byerrehuus (Danimarka)

72 kq
Təsnifat
Ülvi Qənizadə – Anatoli Popov (Moldova)

82 kq
1/8 final
Rafiq Hüseynov – Peter Naqi (Macarıstan)

97 kq
1/8 final
Orxan Nuriyev – Artur Şahinyan (Ermənistan) / Pontus Yohan Lund (İsveç) (ONA)

Paylaşın:
Share