Kim Çen In ABŞ lideri ilə üçüncü görüşə hazır olduğunu deyib

Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla üçüncü sammit çərçivəsində görüşməyə hazır olduğunu bəyan edib.

“TASS” agentliyinə istinadən verilən xəbərə görə, belə bir məlumat Koreya Mərkəzi Teleqraf Agentliyi tərəfindən yayılıb.

KXDR rəhbərinin sözlərinə görə, ötən görüşün uğursuz başa çatmasına baxmayaraq, onunla prezident Trampın münasibətləri yaxşılığa doğru davam edir.

Kim Çen In onu da bildirib ki, üçüncü sammitin təşkili üçün ABŞ rəsmiləri Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsinə münasibətdə baxışlarını dəyişməlidirlər. O qeyd edib ki, rəsmi Vaşinqtonun “cəsur” qərarını bu ilin sonuna qədər gözləməyə hazırdır. (ONA)

Paylaşın:
Share