İş adamının ölüm xəbəri yalan çıxdı

Xəbər verildiyi kimi, “Bizim Market” mağazalar şəbəkəsinin və köhnə “Maşın bazarı”nın sahibi kimi tanınan iş adamı Rasim Salmanov bu gecə qəflətən vəfat edib. 

İş adamının bacısı qızı “Qafqazinfo”ya müraciət edərək ölüm xəbərinin yalan olduğunu bildirib. 

“Qafqazinfo” bununla əlaqədar “Bizim market”lə əlaqə saxlayıb.

Şirkətin hüquqşünası Tağı Qənbərov da yayılan məlumatın yanlış olduğunu deyib: “Mən həm də Rasim müəllimin vəkiliyəm. Rasim müəllim hazırda mənim yanımdadır”.

Paylaşın:
Share