Şeyma Subaşı qızı Melisa ilə Mayamidə belə əylənir – VİDEO

Türkiyəli məşhur Şeyma Subaşı qızı Melisa ilə ABŞ-da keyfli günlər keçirir. Mayamidə günəşin və dənizin dadını çıxaran Subaşı qızı ilə çəkdiyi videonu da sosial media hesabından paylaşıb.

Türkiyə KİV-nə istinadən xəbər verilir ki, Türkiyədən bir müddətlik ayrılan Şeyma Subaşı Acun Ilıcalıdan olan qızı Melisa ilə tətil edir.

Subaşı qızı ilə birlikdə keçirdiyi xoş anları Instagram hesabından paylaşıb.

Subaşının paylaşımı qısa zamanda yüz minlərlə şəxs tərəfindən izlənilib. (AzNews.az)

Paylaşın:
Share