Trampın hesabatını anlamaq üçün kifayət qədər ağıllı deyillər – Ağ Evin sözçüsü

Ağ Evin sözçüsü Sara Sanders televiziya kanallarından birində çıxış edib.

O, verilişdə demokratların prezident Donald Trampın büdcə hesabatını başa düşəcək qədər ağıllı olmadığını iddia edərək sənədlərin yayımlanmasının təhlükəli olduğunu bildirib.

“Bu, açığı çox təhlükəli yoldur. Konqresdəkilərin Trampın vergilərinin olacağı minlərlə səhifəyə baxacaq qədər ağıllı olduğunu düşünmürəm”.

Sanders vergilər vasitəsilə Trampa “iyrənc kirlətmə” tətbiq etdiklərini iddia edib.

“Onlar prezidentin sahib olduğu uğuru görmürlər və büdcə hesabatında bir şey tapmaqlarına qətiyyən inanmıram”. Sanders belə deyib. (AzNews.az)

Paylaşın:
Share