Rusiya öz internet şəbəkəsini yaradacaq – Qanun qəbul edildi

Dövlət Dumasında Rusiyanın öz internet şəbəkəsini yaratmağı nəzərdə tutan qanun layihəsi məclis üzvləri tərəfindən qəbul edilib.

Türkiyə mediasına istinadən xəbər verilir ki, “Runet” adı verilən şəbəkə Federasiya Şurasının təsdiqi ilə 1 noyabr 2019-cu il tarixində rəsmi şəkildə qüvvəyə minəcək.

Dumada keçirilən səs vermə nəticəsində 307 deputat qanunun lehinə, 68-i isə əleyhinə səs verib.

Layihənin qəbul edilib şuraya göndərilməsi ilə birlikdə Rusiyada müzakirələr başlayıb.

Ölkədə kiber hücumların qarşısını almaq və terror fəaliyyətərinə qarşı tədbir almaq niyəti ilə hazırlanan layihəyə bir hissə dəstək versə də, bəziləri istifadəçilərin təhlükəsizliyinə görə qarşı çıxıb.

Layihəyə bəzi beynəlxalq insan haqları təşkilatları şəxsi təhlükəsizliyi əsas göstərərək sərt reaksiya verib. (AzNews.az)

Paylaşın:
Share