Alimlər

Vaqif Hətəmov Veysəl oğlu – biologiya elmləri doktoru, professor

Rafiq Ağamalıyev Məcid oğlu – texnika üzrə fəlsəfə doktoru

Baxşəli Süleymanov Səlim oğlu – fizika-riyaziyyat elmləri namizədi

Baxşəli Süleymanov Səlim oğlu 8 aprel 1957-ci ildə Ermənistanın Krasnoselo rayonunun Bəriabad kəndində anadan olub. 1964-cü ildə Bəriabad kənd 8 illik məktəbinin 1-ci sinfinə gedib, 1972-ci ildə 8-ci sinfi bitirərək təhsilini davam etdirmək üçün Bala Əfəndiyev adına Çaykənd kənd orta məktəbinə yollanıb. 1974-cü ildə həmin məktəbi bitirərək Gəncə Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsinə daxil olub. 1978-ci ildə universiteti əla qiymətlərlə bitirərək Lənkəran şəhərində müəllim işləyib, 1979-cu ildə Sovet ordusunda xidmət etməyə gedib. 1980-ci ildə ordudan tərxis olunduqdan sonra Bakı şəhərində Kosmos elmi tədqiqat institutuna işə düzəlib və həmin ildən də elmi fəaliyyətə başlayıb. 1985-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında aspiranturaya daxil olub, 1987-ci ildə aspiranturanı bitirib, 1989-cu ildə Moskva Dövlət Universitetində müdafiə edərək riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. 1998-ci ildə Kosmos elmi-tədqiqat institutunda elmi işçi kimi fəaliyyətini başa vurub və Azərbaycan Respublikası Folklor institutunda şöbə müdiri vəzifəsinə işə qəbul olunub. Bu fəaliyyəti dövründə bir çox elmi məqalə və əsərlər yazıb, 100-dən çox elmi əsərlərin və bir o qədər də bədii və tarixi əsərlərin tərtibatını təşkil edib. Eyni zamanda “525-ci qəzet”lə də yaxından əməkdaşlıq edib, həm kompüter tərtibatının təşkilinə, həm də çapa hazırlanmasına köməklik göstərib. 2007-ci ilin mayında qəflətən ürəyi dayanaraq dünyasını dəyişib. Ailəlidir. 2 qızı, 3 nəvəsi var.

Print Friendly, PDF & Email