Alimlər

Allahverdiyev Həsən Bəkir oğlu – iqtisadiyyat elmləri doktoru, professor (2002-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib)

Qocayev Vəli Muğan oğlu – fizika elmləri doktoru

İsgəndərov Qayıbverdi Bəşir oğlu – əczaçılıq elmləri doktoru, professor

Kərimov Şövkət Manaf oğlu – filologiya üzrə fəlsəfə doktoru

Yəhya Hacıyev – dosent

Cəbrayıl Vəliyev Xəlil oğlu – iqtisadiyyat üzrə fəlsəfə doktoru

1975-ci ildə Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Gölkənd kəndində doğulub. Orta məktəbi Abşeron rayonu Ceyranbatan qəsəbəsində medalla başa vurub. 1998-ci ildə Türkiyədə Marmara Universiteti İqtisadi və İdari Bilimlər Fakülteti İdarəetmə ixtisası bakalavr məzunu, 2001-ci ildə Türkiyədə Yıldız Texnik Universiteti Sosial Bilimlər İnstitutu İdarəetmə (MBA) magistratura məzunu, 2008-ci ildə Türkiyədə İstanbul Universiteti Sosial Bilimlər İnstitutu İqtisadiyyat üzrə fəlsəfə doktoru ünvanını qazanıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti, Türk Dünyası İşlətmə Fakültəsində və Qafqaz Universitetində dərs keçir. Eyni zamanda Embawood şirkətində Strateji İdarəetmə Qrupunda rəhbər vəzifədə çalışır.  American Marketing Association (AMA), World Future Society və Marketing Research Association qurumlarının üzvüdür.