Alimlər

Misir Cumayıl oğlu Mərdanov – riyaziyyat elmləri doktoru, professor

Image result for Misir Mərdanov

Mərdanov Misir Cumayıl oğlu 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olub. 1964-cü ildə orta məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinə (Bakı Dövlət Universiteti) daxil olub. 1969-cu ildə Universitetin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. M.Mərdanov 1970-1972-ci illərdə BDU-nun əyani aspiranturasında təhsilini və elmi araşdırmalarını davam etdirib.

1973-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında “İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1973-cü il 28 setyabr SSR-i Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.

1981-ci il 25 noyabr SSR-i Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə dosent elmi adına layiq görülüb.

1989-cu ildə Ukrayna Elmlər Akademiyasının riyaziyyat institutunun müdafiə şurasında “Gecikmələri və məhdudiyyətləri olan optimal proseslərin tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

1989-cu il 3 noyabr SSR-i Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

1971-ci ildən 1989-cu ilədək Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim, baş müəllim, dosent vəzifələrində işləyib.

1985-1986-ci illərdə BDU-nun qəbul komissiyasının məsul katibi vəzifəsində çalışıb.

1978-ci ildən 1989-cu ilə kimi dekan müavini vəzifəsində çalışıb.

1996-cı ildən 1998-ci ilə qədər Bakı Dövlət Universitetinin nəznində doktorluq dissertasiyası üzrə müdafiə şurasının sədri olub.

1989-1990-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində ali təhsil idarəsinin rəisi vəzifəsində çalışıb.

1991-1992-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində təhsil nazirinin müavini işləyib.

1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.

1997-1998-ci illərdə Bakı Dövlət Universitetin rektoru olub.

1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

2000-ci ilin yanvarın 28-dən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür. 2005-ci ilin aprelin 27-dən Rusiya Təhsil Akademiyasının xarici üzvüdür. 2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktorudur. 2011-2014-cü illərdə Türk dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti olub. 2014-cü ildən Türk dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidentir. 1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidentidir. 2014-cü ilin оktyabrın 28-dən Pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının (Moskva) akademikidir. 2013-cü ilə qədər “Kurrikulum”, “Ali təhsil və cəmiyyət” elmi-metodiki jurnallarının və “Elektron təhsil”, “Təhsil”, “Təhsil xəbərləri” jurnallarının baş redaktoru olub. Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri jurnalının fizika-texnika və riyaziyyat elmləri seriyasının riyaziyyat və mexanika buraxılışının redaktor müavinidir. “Azerbaijan journal of Mathematics” jurnalının redaksiya heyətinin üzvidir.  AMEA Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının baş redaktorudur.  “TWMS Journal of Pure and Applied Mathematics” (Turkic World Mathematical Society) jurnalının beynəlxalq redaksiya heyətinin üzvidir. “Чебышевский сборник” jurnalının beynəlxalq redaksiya heyətinin üzvidir. Riyaziyyat və Mexanika İnstitutunun D 01.111 dissertasiya Şurasının üzvüdür. Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının sədridir. 2015-ci ilin martın 2-dən Riyaziyyat və Mexanika İnstitutunun D.01.111 dissertasiya Şurasının sədridir. Bir elmlər doktorunun məsləhətçisi olmuş və dörd fəlsəfə doktoru hazırlayıb.

Ailəlidir, 3 övladı var.

Mükafatları

2000-ci ildə elm və təhsil sahəsindəki nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Əməkdar elm xadimi” fəxri adına, 2001-cı ildə “Qızıl qələm” media mükafatına, 2006-cı ildə isə “Şöhrət” ordeninə, 2011-ci ildə Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun sərəncamına əsasən Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə “Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Əsas elmi nəticələri

Geniş sinif-müxtəlif məhdudiyyətləri olan optimalidarəetmə məsələləri üçün Pontryaginin maksimum prinsipini, həmçinin ikinci tərtib zəruri və kafi şərtlər isbat etmək məqsədi ilə yeni, vahid metod işlənmişdir. Təklif olunan metod, məlum metodları tətbiq edərkən ortaya çıxan bəzi prinsipial çətinlikləri aradan qaldırmağa imkan vermişdir. Həmin çətinliklərə-idarəediciyə daxil olan gecikmələrin bir-biri ilə müqayisə oluna bilməməsi, tədqiq olunan ekstremalın normallıq şərtini ödəməməsi, faza məhdudiyyətlərinin olması, tənliyin sağ tərəfinin zamana görə ölçülən olması və zamanın qeyd olunmaması daxildir. Gecikən arqumentli sistemlərdə məxsusi idarəedicinin optimallığı üçün yeni ikinci tərtib zəruri şərtlər isbat edilmişdir. Diskret sistemlərlə xarakterizə olunan daha geniş sinif optimal idarəetmə məsələlərinin həlli üçün yeni anlayışlar daxil eilmiş və daha səmərəli metod işlənmiş, onların tətbiqi ilə optimallıq üçün daha güclü birinci və yüksək tərtib zəruri şərtlər alınmışdır.

Pedaqoji fəaliyyəti

1973-1998-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakultəsində analitik həndəsə, diferensial həndəsə, optimal idarəetmənin riyazi üsulları fənlərindən mühazirələr oxumuşdur. Eyni zamanda optimal idarəetmə ilə bağlı ixtisas kurslarında mühazirələr demiş və seminarlar aparmışdır, tələbələrin diplom işlərinə rəhbərlik etmişdir.

Misir Mərdanov ümumtəhsil məktəbləri üçün aşağıdakı dərsliklərin müəllifidir:

6-cı sinif üçün “Riyaziyyat”.

7, 8, 9, 10, 11-ci siniflər üçün “Həndəsə”.

7, 8, 9-cu siniflər üçün “Cəbr”.

10,11-ci siniflər üçün “Cəbr və Analizin Başlanğıcı”.

Siyasi fəaliyyəti

2013-cü ilə qədər Yeni Azərbaycan Partiyası nın İdarə heyyətinin üzvü, hazırda Yeni Azərbaycan Partiyası nın Siyasi şurasının üzvüdür.

***

Niftalı Qocayev Mehralı oğlu — fizika-riyaziyyat elmləri doktoru, professor

Image result for Niftalı Qocayev

Niftalı Qocayev 1936-cı ildə Qərbi Azərbaycanın Karvansaray (indiki İcevan) rayonunun Göyərçin kəndində anadan olub. İbtidai təhsilini əvvəlcə Göyərçin kəndində, sonra isə Polad kənd əsas məktəbində alıb. Orta təhsilini isə Gölkənd kəndində alıb və rayon tarixində ilk dəfə olaraq həmin məktəbi qızıl medulla bitirib.1953-cü ildə Azərbaycan Dövlət Universitetinin Fizika–riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olub. Təhsil müddətində əldə etdiyi xüsusi müfəfəqiyyətlərə görə “Kalinin” təqaüdünə layiq görülüb. Universiteti fərqlənmə diplomu ilə bitirdiyinə görə 1958-ci ildə Molekulyar fizika kafedrasına işə götürülüb və 1959-cu ildə aspiranturaya daxil olmaq üçün keçmiş SSRİ EA-nın Leninqrad şəhərində yerləşən Yüksəkmolekullu Birləşmələr İnistutuna ezam olunub. Molekulyar Biofizika üzrə namizədlik disertasiyasını müdafiə edərək ilk azərbaycanlı biofizik olub. 1961-ci ildə aspiranturanı bitib Azərbaycana qayıtdıqdan sonra məzunu olduğu molekulyar fizika kafedrasına müəllim vəzifəsinə işə qəbul olunub və məhsuldar əməyi nəticəsində həmin kafedranın professor və kafedra müdiri vəsifəsinə qədər yüksəlib.

Təşkilatçılığı ilə ilk dəfə olaraq 1967-ci ildə Qafqaz regionu və Rusiyanın bir çox vilayətlərini əhatə edən “Ali məktəb müəllimlərinin ixtisaslarını artırma fakültəsi” yaradılıb və o, bu fakültənin ilk dekanı olub.

1969-1984-cü illərdə “Optika və Molekulyar fizika” kafedrasına rəhbərlik edib, 1980-ci ildə isə “Molekulyar Biofizika Problem Labaratoriyası”na müdir təyin olunub. 1970-ci ildən 1980-ci ilə qədər Azərbaycan Ali Təhsil Nazirliyi nəznində olan “Astranomiya və Fizika” üzrə metodik şuranın sədr müavini, 1980-ci ildən 1992-ci ilə qədər isə sədri vəzifəsində çalışıb Eyni zamanda Azərbaycan Ensiklopediyasının fizika üzrə redaksiya heyyətinin üzvü olub və Ensiklopediya üçün 100-dən artıq məqalə yazıb.

“Bilik” cəmiyyəti xətti ilə elmin yeni nailiyyətlərinin kütləviləşdirilməsi sahəsindədə geniş fəaliyyət göstərib, oxuduğu çoxlu sayda muhazirələrlə yanaşı “Optik Kvant Generator” (1975), “Holoqrafiya” (1979) kitablarını yazaraq geniş oxucu kütləsinə təqdim edib. Eyni zamanda Amerika, Avropa və Rusiyanın elmi jurnallarında çap olunmuş 300-dən çox elmi məqalənin, Türkiyə və dünyanın başqa olkələrində çap olunmuş çoxsaylı monaqrafiyaların müəllifidir. Müxtəlif ölkələrdə təşkil olunan Beynəlxalq Elmi Konfranslarda 35 məruzə və 10 plenar məruzə ilə çıxış edib.

Onun rəhbərliyi ilə 17 elmlər namizədi yetişib ki, bunlardan da 4 nəfəri İraq, Misir Ərəb Respubilkası və Türkiyə vətəndaşlarıdır. 1992-ci ildən 1993-cü ilə qədər Ərzurumdakı Atatürk Uneversitetinin dəvəti ilə bu universitetin fizika bölümündə, 1993-cü ildən 1997-ci ilə qədər isə İstanbul Universitetinin fizika bölümündə işləyib.

Nyu-York Elmlər Akademiyasının və American Assotation For the Advancment of Sciens cəmiyyətinin üzvüdür.

***

Zakir Ömər oğlu Qarayev — tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü

Image result for Zakir Ömər oğlu Qarayev

Zakir Qarayev 27 noyabr 1941-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) İcevan rayonunun Göyərçin kəndində müəllim ailəsində anadan olmuşdur. Z.Ö.Qarayev gənc həkim kimi əmək fəaliyyətinə Qərbi Azərbaycanın Göyçə mahalında başlamışdır. Lakin elmə olan böyük marağı onu geriyə, ATU-ya qaytarmış və aspirantura və doktorantura təhsillərini başa vuran Z.Ö.Qarayev 33 yaşında tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.

O, 1968-ci ildən 1974-cü ilədək Azərbaycan Dövlət Tibb İnstitutunun Mərkəzi Elmi Tədqiqat Laboratoriyasının direktoru, 1974-cü ildən 1975-ci ilədək Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi-Tədqiqat Laboratoriyasında Baş Elmi İşçi 1975-ci ildən 1982-ci ilə qədər Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi-Tədqiqat Laboratoriyasında direktor vəzifələrində çalışmışdır.

1982-ci ildə SSRİ Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının Mikologiya və Dərin Mikozlar Elmi Mərkəzinin (Hazırda Rusiya Federasiyası Elmi Tədqiqat Mikologiya İnstitutu) direktoru vəzifəsinə təyin edilmiş və 1993-cü ilə qədər bu vəzifədə çalışmışdır.

Z.Ö.Qarayev səhiyyə sahəsində ümumittifaq və dünya əhəmiyyətli instituta uzun müddət rəhbərlik etmiş çox az sayda azərbaycanlı alimlərdən biridir. Müstəqillik qazandıqdan sonra vətənə qayıdan Zakir Qarayev 1993-cü ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası Elmi-Tədqiqat Mikrobiologiya, Virusologiya və İmmunologiya İnstitutunun Direktoru vəzifəsində çalışmışdır. Zakir müəllim 1998-ci ildə İstanbul Universiteti, İstanbul Tibb Fakultəsi, Mikrobiologiya və İmmunologiya kafedrasına professor vəzifəsinə işə dəvət edilmiş və 2001-ci ilə qədər bu vəzifədə çalışmışdır.

Professor Z.Ö.Qarayev 2004-cü ildən Azərbaycan Tibb Universitetinin, Mikrobiologiya və İmmunologiya kafedrasının müdiri vəzifəsində çalışır. Z.Ö.Qarayevin təşəbbüsü ilə “Azərbaycan tibbi mikrobioloqlar və immunoloqlar ictimai birliyi” təsis edilmiş, “İmmunitet və infeksiya jurnalı” dərc edilməyə başlamışdır.

Professor Z.Ö.Qarayev SSRİ Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının Mikologiya və Dərin Mikozlar Elmi Mərkəzinin direktoru vəzifəsində işləyərkən dünyanın əksər ölkələrində elmi ezamiyyətdə olmuş, bir çox Universitet, Konqres və Simpoziumlarda ingilis və alman dillərində mühazirələr oxumuşdur. SSRİ-də 3 dəfə dünya miqyaslı Konqres təşkil edən Professor Z.Ö.Qarayev dünyanın ən məşhur elm xadimləri ilə əməkdaşlıq etmiş və hazırda bu əməkdaşlıq davam etdirilir. Təsadüfi deyildir ki, 2009-cü ilin 01-04 Oktyabr tarixlərində Bakıda təşkil olunan və 23 ölkədən 300-dən çox alimin qatıldığı 3-cü Avrasiya Klinik Mikrobiologiya, İmmunologiya və İnfeksion Xəstəliklər Beynəlxalq Konqresinin Prezidenti kimi kongresin təşkilinə gərgin əmək sərf etmişdir.

Z.Ö.Qarayev 300-dən çox elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 2 iri həcmli dərsliyin və bir dərs vəsaitinin müəllifidir. Z.Ö.Qarayevin görkəmli həkim və alim Tamerlan Əziz oğlu Əliyevlə birlikdə yazdığı “Tibbi Mikologiya” adlı kitabı dünyada mikoloji xəstəliklərə dair yazılmış unikal əsərlərdəndir.

Z.Ö.Qarayevin dünyanın müxtəlif elmi jurnallarında nəşr olunmuş 63 elmi əsərinin “Xülasə”si ABŞ-ın Milli Səhiyyə İnstitutunun Milli Tibb Kitabxanasının rəsmi saytı olan www.pubmed.gov internet portalında yerləşdirilmişdir. Çox az sayda azərbaycanlı tibb aliminin əsərləri burada yayımlanır və təəssüflər olsun ki, ölkəmizdən bu sayt tərəfindən qəbul edilən elmi-tibbi jurnal hələ ki yoxdur.

Z.Ö.Qarayevin rəhbərliyi altında 67 elmlər namizədi, 18 elmlər doktoru yetişmişdir. Onun yetişdirdiyi və bu gün də böyük minnətdarlıq hissi ilə professor Z.Ö.Qarayevlə hər zaman yaxın ünsiyyətdə olan bu alimlərin coğrafiyası dünyanın 20-dən çox ölkəsini əhatə edir.

Z.Ö.Qarayev gərgin və yorulmaz əməyini bü gün də davam etdirərək həm elmi kadrların hazırlanması, həm də praktik səhiyyəyə kömək sahəsində əvəzsiz xidmətlər göstərir. Bir klinik mikrobioloq, mikoloq və immunoloq kimi onun dəyərli məsləhətləri ilə onlarla ağır xəstə ölkəmizin hüdudlarında şəfa tapmışdır. ATU nəzdindəki FD 03.014 Dissertasiya Şurasının sədri kimi Müstəqil Azərbaycan Tibb Elmini inkişafı, gənc kadrların hazlrlanması yolunda yorulmaz fəaliyyət göstərir. Onun ATU-nun azərbaycan, rus və ingilis bölmələrinin tələbələri üçün hər 3 dildə oxuduğu mühazirələr çox böyük maraqla dinlənilir.

Professor Z.Ö.Qarayev eyni zamanda dünyanın bir çox nüfuzlu elmi cəmiyyət və universitetlərinin akademiki və fəxri doktoru (ABŞ, Nyu-York akademiyası, həqiqi üzv; Fransa, Sarbon Universiteti fəxri doktor; Yaponiya, Siba Universiteti, fəxri doktor) seçilmişdir.

30 iyun 2014-cü ildə[1] AMEA-nın müxbir üzvü seçilmişdir.

Mükafatları

Professor Z.Ö.Qarayev 2007-cı ildə Rusiya Federasiyası Səhiyyə və Sosial inkişaf üzrə Federal Agentliyi, P.N.Kaşkin adına Elmi Tədqiqat Mikologiya İnstitutu və “Отечественные лекарства” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Vətən mikologiyasının inkişafındakı görkəmli xidmətlərinə görə” P.N.Kaşkin adina mükafatla təltif edilmiş və ona diplom təqdim olunmuşdur.

2010-cu ildə Professor Z.Ö.Qarayev Azərbaycan Respublikasının prezidenti zati-aliləri İlham Əliyev tərəfindən “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Elmi əsərləri

Tibbi mikologiya (həmmüəlliflər)/ Bakı, “Təbib” nəşriyyatı-2007, 410 səh.

Патогенез кандидоза и аллергии к грибам рода (həmmüəllif)/ Candida Баку, 2007 , 215 səh.

Tibbi mikrobiologiya və immunologiya (həmmüəllif)/ Bakı, “Təbib” nəşriyyatı-2010, 860 səh.

Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya (həmmüəllif)/ Baki, “Təbib”nəşriyyatı-2011, 756 səh

Bakü devlet hastanelerinden izole edilen Gram negativ bakteri suşlarının antibiyotik direnci (həmmüəllif)/ Ankem Dergisi, 2009, Türkiye, cilt 23, ek1, səh.41-43.

***

Qocayev Eldar Mehralı oğlu – fizika elmləri doktoru, professor

Картинки по запросу eldar qocayev

Qocayev Eldar Mehralı oğlu 1944-cü il dekabr ayının 10-da Ermənistan Respublikası İcevan rayonunun Göyərçin kəndində anadan olmuş, 1962-ci ildə İcevan rayonu Polad kənd orta məktəbini bitirmişdir. 1962-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakultəsində təhsil almışdır. 1967-ci ildə həmin fakultəni bitirmişdir. 1967/72–ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunda işləmiş, 1972-ci ildə həmin institutda mürəkkəb yarımkeçiricilərin alınması və elektrofiziki xassələrinin tədqiqinə həsr edilmiş namizədlik dissertasiyası, 1985-ci ildə isə həmin institutda doktorluq dissertasiyalarını müdafiə etmişdir.

1987-ci ildən fizika üzrə professordur.

Elmi tədqiqat işlərinin nəticələri əsasən respublikadan kənarda xarici nüfuzlu curnallarda elmi məqalə və kitablar şəklində çap edilmiş, dəfələrlə ABŞ, AFR, Türkiyə, Rusiya, Fransa və digər ölkələrdə keçirilən elmi konfranslarda müzakirə edilmişdir.

Ümumi həcmi 260 çap vərəqindən çox olan 11 dərslik, 13 dərs vəsaitinin, 6 patentin və Ali Texniki məktəblər üçün «Ümumi Fizika kursu» fənn proqramının müəllifidir.

1973/90-cı illərdə Azərbaycan Neft Kimya İnstitutunun Sumqayıt filialında çalışmışdır, 1976-cı ildə Fizika kafedrasının yaradılmasında fəal iştirak edərək 1990-cı ilə qədər həmin kafedraya rəhbərlik etmişdir. Onun rəhbərliyi ilə kafedranın nəzdində ən müasir tədqiqat işləri aparmağa imkan verən elmi-tədqiqat və tədris laboratoriyaları yaradılmış və həmin dövrdə 3 elmlər namizədi hazırlanmışdır. Həmin alimlər hal – hazırda Sumqayıt Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışırlar.

1987/90-cı illərdə Sumqayıt filialının elmi və tədris işləri üzrə prorektoru, 1989-cu ildə eyni zamanda rektor əvəzi vəzifələrində çalışmışdır.

Sumqayıt şəhərində işlədiyi dövrdə yeni ixtisasların açılmasında, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində böyük işlər görmüşdür. Onun rəhbərlik etdiyi kafedra dəfələrlə Sosializm yarışının qalibi olmuşdur. İşdə göstərdiyi xüsusi xidmətlərinə görə Sov.İKP MK, SSRİ Nazirlər Soveti və SSRİ Həmkarlar Təşkilatının fəxri fərmanına layiq görülmüşdür.

1990/97 – ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında çalışmış və orada ixtisaslaşmış fakultənin dekanı vəzifəsində işləmişdir.

1997-ci ildən 2003-cü ilin fevral ayına qədər Azərbaycan Texniki Universitetinin «Fizika-2» kafedrasına, 2003 – cü ildə «Fizika-1» və «Fizika-2» kafedraları birləşdikdən sonra isə «Fizika» kafedrasının müdiri seçilmiş və hal-hazırda həmin vəzifədə çalışır.

Fizika elmi sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında böyük rolu olmuşdur. Onun rəhbərliyi ilə fizika üzrə 27 fəlsəfə doktoru, 2 fizika-riyaziyyat elmləri doktoru dissertasiyaları müdafiə olunmuşdur. Hal hazırda 2 elmlər doktorunun, 5 fəlsəfə doktorunun və 1 dissertantın elmi rəhbəridir. Fizika sahəsində 382-dən artıq elmi əsərin, onlardan 130-dan çoxu xarici ölkənin nüfuzlu curnallarında çap olunmuş məqalələrdir, o cümlədən 11 dərsliyin, 13 dərs vəsaitinin, 6 patentin və Ali Texniki məktəblər üçün «Ümumi Fizika kursu» fənn proqramının müəllifidir. Çoxlu sayda elmlər doktoru və fəlsəfə doktoru dissertasiya işlərinin opponenti olmuşdur.

Təhsil Nazirliyi nəzdində Fizika fənni üzrə Metodik Şuranın və BDU-nun nəzdindəki D.02.012 Dissertasiya Şurasının üzvüdür.

2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr tarixli, 2420 saylı sərəncamı ilə Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.

***

Faiq Həsənov Paşa oğlu— kimya elmləri namizədi 

Image result for Faiq Həsənov

Həsənov Faiq Paşa oğlu 1939-cu il dekabrın 15-də Salah kəndində (Qaraqoyunlu) anadan olub. Elmi dərəcəsi Kimya elmləri namizədidir. Vəzifəsi isə dosentdir.

1963-cü ildə ADU-nun Kimya fakültəsini bitirib.

Elmi fəaliyyəti

1958-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin fakültəni bitirmişdir. 1963-cü ilin avqust ayından 1964-cü ilin fevral ayına qədər Gəncə alüminium zavodunda işləmiş, 1965-ci ilin avqust ayına qədər Sovet ordusu sıralarında xidmət etmişdir. 1965-ci ilin sentyabrında ATU-nun üzvi kimya kafedrasına assistent vəzifəsinə qəbul edilmişdir. 1973-cü ildən baş müəllim, 1980-cı ildən isə dosent vəzifəsində çalışır. 1979-cu ildə kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 50-dən çox elmi əsərin müəllifidir. “Üzvi kimya praktikumu”, “bioüzvi kimya” dərsliklərini və 10-dan çox dərs vəsaiti və tədris metodik işləmələr nəşr etdirmişdir. Əczaçılıq və tibbi biologiya fakültəsinin təlbələrinə üzvi kimya və bioüzvi kimya fənnlərindən mühazirə və təcrübi məşğələ dərsləri aparır.

Kitabları

“Üzvi kimya praktikumu”, Bakı, “Təbib” nəşriyyatı, 1993. 388 səh.

“Bioüzvi kimya”, Bakı, “Şirvannəşr”, 2002. 360 səh.

“Qaraqoyunlu, Göyçə, Borçalı və mən”, Bakı 2004.

“Qaraqoyunlu, Qaraqoyunlular və mən”, Bakı, 2007.

“Bioüzvi kimya”, Bakı, “Uniprint”, 2010. 506 səh.

“Müqəddəs duyğular”, Bakı, 2011. 403 səh.

***

Mübariz Qarayev – riyaziyyat elmləri doktoru

***

Xəlil Alıyev Hacı oğlu – fizika-riyaziyyat elmləri namizədi, dosent

1954-cü il fevral ayının 12-də Qərbi Azərbaycanın Qaraqoyunlu bölgəsinin  İcevan (köhnə Karvansaray) şəhərinin Salah kəndində   anadan  olub.

1971-1975-ci illər APİ-nin riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb.

1975-1981-cu illərdə İmişli rayonu riyaziyyat müəllimi

1981-1983-cü illərdə Sumqayıt Sintetik Kauçuk zavodu, B-1-8 sexi, növbə rəisi

1983-1984 STPM, riyaziyyat müəllimi

1984-2014 laborant, baş laborant, assistent, baş müəllim, dosent, riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrası,  riyaziyyat  fakültəsi, SDU

1990-1995-ci illərdə dissertant, Azərbaycan Elmlər Akademiyası, Riyaziyyat və mexanika İnstitutu.

1997-ci ildə fizika-riyaziyyat elmlər namizədi, 2000-ci ildə dosent

1984-ci ildən SDU-da işləyir.

Ailəlidir, iki övladı var.

Apardığı dərslər: Ali riyaziyyat, riyazi analiz, ehtimal nəəriyyəsi və riyazi statistika.

04.11.2015-ci ildən Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsinin müdiri

87 elmi məqalə, 4 dərs vəsaiti, 12 metodik vəsaitinin müəllifidir.

Paylanmış parametrli sistemlərin optimal idarəetmə məsələsi. Diferensial tənlik.

1988-ci ildə Böyük Oktyabr Sosialist İnqilabının 71-ci ildönümü münasibətilə tədris işində nəaliyyətlərinə görə Fəxri Fərmanla təltif edilib,

2012-ci ildə Təhsilin inkişafında xidmətlərinə görə və Universitetin 50 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edilir.

2016-cı ildə Azərbaycan Təhsil İşçilərinin Azda Həmkarlar İttifaqının Səmərəli elmi-pedaqoji fəqliyyəti və 5 oktyabr Beynəlxalq Müəllimlər günü munasibətilə Fəxri Fərmanla təltif edilib.

***

Astan Dəmirov

***

Xançoban Dəmirov

***

Novruz Dəmirov