Alimlər

Həmid Əliyev Zeynalabdin oğlu – tarix elmləri doktoru, professor

Əliyev Həmid Zeynalabdin oğlu 1924-cü ildə Qaraqoyunlu mahalının Əmirxeyir kəndində anadan olub. 1936-cı ildə Əmirxeyir kənd əsas məktəbini bitirdikdən sonra İrəvandakı N.Nərimanov adına Pedaqoji Texnikumuna daxil olub. 1939-cu ildə texnikumu bitirdikdən sonra 1940-cı ildə Azərbaycan pedaqoji institutunun tarix şöbəsinə daxil olub. 1942-ci ildə müharibəyə aparılan Həmid müəllim 1943-cü ildə agır yaralanır və müalicə üçün arxa cəbhəyə göndərilir. Müalicə dövrü qutardıqdan sonra o, təhsilini davam etdirir və 1945-ci ildə Krasnoselo( Çəmbərək) rayonu Toxluca kənd orta məktəbinə direktor təyin edilir. 1947-ci ildə isə onu Gölkənd kənd orta məktəbinə direktor göndərirlər. Daima elmi axtarışda olan Həmid müəllim 1949-cu ildə Moskva Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına qəbul olunur və 1953-cü ildə bitirir. 1954-cü ildə müvəffəqiyyətlə dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alır. Həmid Əliyev 1955-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda və Bakı Dövlət Universitetində dərs deyib. 1967-ci ildə doktorluq dissertasiyası müdafiə edərək elmlər doktoru alimlik dərəcəsi alan Həmid müəllim 1968-ci ildən professordur. O, 1991-ci ilə qədər televiziyada beynəlxalq icmalçı kimi fəaliyyət göstərib. Həmid Əliyevin rəhbərliyi altında 10 elmlər doktoru və 20 elmlər namizədi müdafiə edərək alimlik dərəcəsi alıb. Həmid müəllimin Türkologiya elminin inkişafındada böyük xidmətləri olub. O, SSRİ-nin kəskin rejimi dövrundə 19 dəfə Türkiyə Cumhuriyyətinə gedib. Həmid müəllim məhsuldar alim olub . O, 100-dən çox elmi məqalənin və onlarla elmi monoqrafiyanın müəllifidir. “Türkiyə müharibə illərində ”, “Türkiyənin ən yeni tarixi”, Müasir Türkiyə və bir çox monoqrafiyaların müəllifi məhs Həmid müəllimdir. Türkologiya elminin inkişafındakı xidmətlərə görə o, “Əməktar mədəniyyət işçisi” Elmi –Bilik mükafatı laureatı adına layiq görülüb. Görkəmli alim 2005-ci ildə Bakı şəhərində 81 yaşında vəfat edib.

Qara Namazov Mustafa oğlu – filologiya elmləri doktoru, professor

Qara Mustafa oğlu Namazov 8 may 1930-cu ildə Qаrаqоyunlu еlinin İcеvаn rаyоnunun Əmirxeyir kəndində аnаdаn оlub. 1948-ci ildə Azərbaycanın Aqstafa rayonuna köçüb. 1949-1950–ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb, 1951-1955–ci illərdə sovet ordusunda xidmət keçib. 1956-cı ildə Bakı Dövlət Universitetinə qəbul olub, 1961-ci ildə universitetin filologiya fakültəsini bitirib. 1962-1967–ci illərdə AMEA Tarix institutunda kitabxana arxivinin müdiri, 1966-1970–ci illərdə ADU-nun Biblioqrafiya kafedrasında baş müəllim, 1971-2002–ci illərdə Müasir Azərbaycan ədəbiyyatı kafedrasında professor, 2002-2006–cı illərdə Filologiya fakültəsinin dekanı, 2002-2008-ci illərdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, 2001-ci ildən hal-hazıra qədər isə «Dədə Qorqud» Elmi Tədqiqat Laboratoriyasının rəhbəridir. Azərbaycan, Türkiyə, Türkmənistan, İsvec və digər ölkələrdə keçirilmiş beynəlxalq seminar, simpozium və konfranslarda iştirak edib. 1968-ci ildə “Aşıq şeirinin inkişafı tarixindən” adlı namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1987-ci ildə “Azərbaycan uşaq və gənclik ədəbiyyatının inkişaf mərhələləri (1920-1980)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alıb. 1989-cu ildən professor adına layiq görülüb. Pedaqoji fəaliyyətlə məşgul olmuş – 1966-cı ildən müasir Azərbaycan ədəbiyyatı, müasir Azərbaycan şeri, Azərbaycan uşaq ədəbiyyatı, Azərbaycan şifahi xalq ədəbiyyatı fənnlərindən dərs deyib. Azərbaycan şifahi xalq və aşıq yaradıcılığı, müasir və klassik Azərbaycan ədəbəyyatı onun tədqiqat sahəsidir. 10 monoqrafmyanın, 30 kitabın və 300 elmi-kütləvi əsərin müəllifidir. 20 elmlər namizədi yetişdirib. Qara Namazov 2016-cı ildə Bakıda dünyasını dəyişib.

Sabir Əliyev Cahan oğlu – tibb elmləri doktoru, professor

Sabir Əliyev 1944-cü ildə Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselo) rayonunun Əmirxeyir kəndində anadan olub. 1961-ci ildə Gölkənd kənd orta məktəbini qızıl medalla, 1967-ci ildə isə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirib. Təyinatla Naftalan sanatoriyasında həkim-ordinator, sonra müalicə işləri üzrə şöbə müdiri təyin olunub. 1969-1972-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda patoloji fiziologiya kafedrasında aspirantura keçıb. 1973-ci ilin mart ayında namizədlik dissertasiyasını müdafiə edib. 1972-ci ildə kafedrada assistent, 1973-cü ildə baş müəllim, 1976-cı ildə isə dosent vəzifəsinə seçilib. Uzun illər kafedranın tədris hissə müdiri vəzifəsində çalışıb. 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1993-cü ildə həmin kafedranın professoru vəzifəsinə seçilib. 1994-cü ildə AAK tərəfindən patofiziologiya ixtisası üzrə professor elmi adına layiq görülüb. 1999-2001-ci illərdə I MPF-nin dekanı işləyib. 2001-ci ilin fevral ayında patoloji fiziologiya kafedrasının müdiri vəzifəcinə seçilib, həmin ilin may ayında isə universitetin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. Azərbaycan Respublikasının Təhsil Nazirliyində fəaliyyət göstərən “Tibbi-nəzəri bölmə”nin, universitetin Mərkəzi Metodik Komissiyasının və “anatomiya, patofiziologiya, biokimya, farmakologiya” üzrə ixtisaslaşmış Müdafiə Şurasının sədridir. Universitetin Böyük Elmi Şurasının və pediatriya fakultəsinin Elmi Şurasının, Azərbaycan Tibb jurnalı Redaksiya Şurasının və AMEA-da “Tibb” şurasinin üzvüdür. 1992-ci ildən YAP-ın üzvü və universitetin YAP təskilatinin sədridir. 27 fevral 2008-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademisi tərəfindən Tibb bölümü üzrə akademik seçilib. 306 elmi əsərin, 6 dərsliyin, 4 dərs vəsaitinin, 4 elmi-populiyar brosuna, dünyada ilk dəfə 3 dildə (azərbaycan, rus, ingilis) cap olunan patofizioloji atlas elektron-dərslik kitabının, bir neçə tədris-metodik vəsaitin müəllifidir. Rəhbərliyi altında 12 namizədlik dissertasiyası müdafiə olunub, 5 namizədlik və 4 doktorluq dissertasiyalari üzərində elmi-tədqiqat işləri davam etdirilir. 1986-cı ildə “Səhiyyə əlaçısı”, 2000-ci ildə “Respublikanın əməkdar müəllimi” fəxri adlarına layiq görülüb. 2004-cü ildə Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə, 14 iyun 2007-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunub. 6 mart 2009-cu ildə isə həmin akademiya tərəfindən “Türk dünyasına hizmetlerindən dolayı uluslararası altun yıldız” medalı ilə təltif olunub. 15 dekabr 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Mükafatlar Komitəsinin Elm və Tədris sahəsində qazandıgı nailiyyətlərə görə Avropa “Şərəf və Vicdan” ordeni ilə təltif olunub. 12 may 2010-cu ildə Avropa Akademiyası tərəfindən Nikolay Piroqov ordeni ilə təltif olunub. 20 sentyabr 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar elm xadimi fəxri adı alıb. 24 dekabr 2011-ci ildə Beynəlxalq təltiflər ittifaqi tərəfindən “Hippokrat” ordeni ilə, 26 mart 2014-cü ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademisi tərəfindən Tibb bölümüne üstün hizmetlerinden dolayi “İbn-İ-Sina” diplomu ilə təltif olunub.

Abbas Səmədov Abbas oğlu – filologiya elmləri doktoru, professor

Təhmasib Əliyev Məmməd oğlu – fizika-riyaziyyat elmləri doktoru, professor

Firdovsi Seyidov Tatar oğlu – kimya elmləri doktoru, professor

Əmrullah Ağamalıyev Qulu oğlu – fizika-riyaziyyat elmləri namizədi, professor

Rəşid Əliyev Zeynalabdin oğlu – pedaqoji elmləri namizədi, professor

Rəşid Əliyev 29 dekabr 1931-ci ildə Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olub. “Çalmalı” dağının qüdrətindən qüdrət, bu gözəllik diyarının təbiətindən qüvvət götürən Rəşid hələ uşaqikən pəhləvan cüssəli olması ilə fərqlənirdi. O, 1937-ci ildə öz doğma kəndindəki məktəbin 1- ci sinfinə gedib. 1948-ci ildə Gölkənd kənd məktəbində orta təhsilini başa vurub. Təhsilə və idmana böyük marağı onu V.İ.Lenin adına Pedaqoji İnstitutuna gətirib. Rəşid Əliyev 1951-1955-ci illərdə ali məktəbi bitirərək “Bədən tərbiyəsi”, insanın anatomiyası, fiziologiyası” müəllimi ixtisası alıb. Rəşid müəllim bu dövrlərdə bir sıra uğurlar qazanıb. Qazandığı nəticələrə görə 1961-ci ildə “Əməkdar idman ustası “ kimi şərəfli ada sahib olub. O, 1962-ci ildən İttifaq dərəcəli hakim kimi fəaliyyət göstərib və 1975-ci lidə namizədlik dissertasiyası müdafiyə edib. Rəşid Əliyev 1978-ci ildə dosent , 1988-ci ildə “Əməkdar məşqçi” adlarına layiq görülüb. 1988-ci ildən əmək veteranı olan Rəşid müəllim 1991-ci ildən professor adına layiq görülüb.

Mustafa Əliyev Cahan oğlu – fəlsəfə elmləri namizədi, dosent

Tapdıq Əliyev Abbasqulu oğlu – fizika-riyaziyyat elmləri namizədi

Mətanət Əliyeva Mahmud qızı – coğrafiya elmləri namizədi, dosent

Darvin Ağamalıyev Qulu oğlu – fizika-riyaziyyat elmləri namizədi, dosent

Ağamalı Ağamalıyev Qulu oğlu – fizika-riyaziyyat elmləri namizədi, dosent

Zərifə Əliyeva İbrahim qızı – pedaqoji elmləri namizədi, dosent

Camal Məmmədov Veys oğlu – kimya elmləri namizədi, dosent

Reys Məmmədov Niftalı oğlu – tarix elmləri namizədi

Emin Ağamalıyev Qafar oğlu – iqtisad elmləri doktoru

Musa Ağamalıyev Ağamalı oğlu – iqtisad elmləri namizədi

Aydın Əliyev Mahmud oğlu – tibb elmləri namizədi

Natiq Əliyev Avıl oğlu – əzcaçılıq elmləri namizədi

Natiq Əliyev 24 avqust 1964-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Kooperasiya Universitetinin məzunudur. Karate-do idman növü üzrə 3-cü dan idman dərəcəsinə malikdir. “Azərbaycan Respublikasında Dopinq nəzarətinin təşkilinin öyrənilməsi” elmi əsərinin müəllifidir. Əczaçılıq elmləri namizədidir. Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür, Gənclər və İdman Nazirliyi Antidopinq Komitəsinin sədridir. Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. 1999-2012-ci illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışıb. Hazırda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibb xidmətinin rəisidir. Azərbaycan Respublikası Prezidentinin 25.06.2013-cü il tarixli Sərəncamı ilə Tibb-Xidməti General-mayor hərbi rütbəsi verilib.

Qələndər Qələndərov Alı oğlu – fizika-riyaziyyat elmləri namizədi

Şamil Tahirov Ağakişi oğlu – kimya elmləri namizədi

Şakir Göyüşov Məhərrəm oğlu – hüquq elmləri namizədi

Zakir Göyüşov Məhərrəm oğlu – texnika elmləri namizədi

Şövqü Qələndərov Qurban oğlu – texnika elmləri namizədi

Vəfa Aslanova Zahid qızı – filologiya üzrə fəlsəfə doktoru

Nəbi Əliyev Şəmşəd oğlu – fizika üzrə fəlsəfə doktoru

Sara Bağırova Abbas qızı – tibb elmləri namizədi

Qumru Abdullayeva Əsəd qızı – texnika elmləri namizədi

Qüdrət Əliyeva Məşədi qızı – kimya üzrə fəlsəfə doktoru

Aygün Əliyeva Mustafa qızı – tibb elmləri namizədi

Aynur Əliyeva Mustafa qızı – iqtisadi elmləri namizədi

Samirə Əliyeva Mustafa qızı – filologiya elmləri namizədi

Nazlı Namazova Qara qızı – filologiya elmləri namizədi

Fəridə Namazova Qara qızı – filologiya elmləri namizədi