Yazarlar

1.Nəsib Əfəndiyev

Nəsib Əfəndiyev 1903-cu ildə Qaraqaya kəndində doğulub. İlk ruhani təhsilini Haqqıxlı kəndində Molla Süleymanın məktəbində alıb. Bakıda Pedoqoji İnstitutu bitirdikdən sonra İrəvan Azərbaycan Pedoqoji Texnikumunda müəllimlik edib, İrəvan Dram Teatırının yaradıcılarından olub, uzun müddət teatra rəhbərlik edib.

Həmin teatrda bir sıra əsərləri tamaşaya qoyulub. Bir neçə roman müəllifidir. Azərbaycan Yazıçılar İttifaqının üzvü olub.

2.Firuzə Əfəndiyeva

Firuzə Əfəndiyeva 1932-ci ildə Qaraqoyunlu mahalının Çəmbərək rayonunun Qaraqaya kəndində anadan olub. Orta məktəbi Gölkənd kəndində bitirib.

Yazıçı Nəsib Əfəndiyevin qızıdır.

Əsərləri

Bir yurdun simfoniyası. Bakı: Nurlan, 2008, 224 səh.