Yazarlar

1. Qara Namazov

 Image result for qara namazov

Qara Namazov — tənqidçi-ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, AMEA Folklor İnstitutunun «Dədə Qorqud» ETL-in rəhbəri.

Qara Mustafa oğlu Namazov 8 may 1930-cu ildə Qаrаqоyunlu еlinin İcеvаn rаyоnunun Əmirxeyir kəndində аnаdаn оlub. 1948-ci ildə Azərbaycanın Aqstafa rayonuna köçüb.

1949-1950–ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb, 1951-1955–ci illərdə sovet ordusunda xidmət keçib. 1956-cı ildə Bakı Dövlət Universitetinə qəbul olub, 1961-ci ildə universitetin filologiya fakültəsini bitirib.

1962-1967–ci illərdə AMEA Tarix institutunda kitabxana arxivinin müdiri, 1966-1970–ci illərdə ADU-nun Biblioqrafiya kafedrasında baş müəllim, 1971-2002–ci illərdə Müasir Azərbaycan ədəbiyyatı kafedrasında professor, 2002-2006–cı illərdə Filologiya fakültəsinin dekanı, 2002-2008-ci illərdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, 2001-ci ildən hal-hazıra qədər isə «Dədə Qorqud» Elmi Tədqiqat Laboratoriyasının rəhbəridir.

Azərbaycan, Türkiyə, Türkmənistan, İsvec və digər ölkələrdə keçirilmiş beynəlxalq seminar, simpozium və konfranslarda iştirak edib.

1968-ci ildə “Aşıq şeirinin inkişafı tarixindən” adlı namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

1987-ci ildə “Azərbaycan uşaq və gənclik ədəbiyyatının inkişaf mərhələləri (1920-1980)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alıb. 1989-cu ildən professor adına layiq görülüb.

Pedaqoji fəaliyyətlə məşgul olmuş – 1966-cı ildən müasir Azərbaycan ədəbiyyatı, müasir Azərbaycan şeri, Azərbaycan uşaq ədəbiyyatı, Azərbaycan şifahi xalq ədəbiyyatı fənnlərindən dərs deyib.

Azərbaycan şifahi xalq və aşıq yaradıcılığı, müasir və klassik Azərbaycan ədəbəyyatı onun tədqiqat sahəsidir. 10 monoqrafmyanın, 30 kitabın və 300 elmi-kütləvi əsərin müəllifidir.

20 elmlər namizədi yetişdirib.

Əsərləri:

“Aşıq şeirinin inkişafı tarixindən”, Bakı, 1968.

“Azərbaycan aşıq sənəti”, Bakı, 1984.

“Aşıqlar” (I kitab)(biblioqrafik məlumat), Bakı, “Səda”, 2004.

“El çələngi” (xalq şeirindən seçmələr), Bakı, 2004.

“Azərbaycan uşaq ədəbiyyatı antologiyası” (3 cilddə). 2004-2005.

“S.Ə.Şirvani.Seçilmiş əsərləri” (3 cilddə). 2004-2005.

“Xalq qəhrəmanının şöhrəti”, 2005,

“Azərbaycan uşaq ədəbiyyatı”, (dərslik) 2007,

“Müasir Azərbaycan ədəbiyyatı” 2007,

“Gecikmiş nəğmələr” 2008,

“C.Çörçvodun tarixi kəşfləri”, 2010,

“Ozan-aşıq sənətinin tarixi”, Bakı, “Elm və təhsil”, 2013. 480 səh.

 

Ailəlidir, 3 övladı var.

 

2.Babək Göyüş

Babək Göyüş (Göyüşlü Babək Məhərrəm oğlu; d. 29 iyun 1957, Əmirxeyir, Çəmbərək, Ermənistan SSR, SSRİ) — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2004-2013).

Babək Göyüş 1957-ci il iyunun 29-da Qərbi Azərbaycanda, Çəmbərək (Krasnoselo) rayonunun (Qaraqoyunlu mahalı) Əmirxeyir kəndində anadan olub.

Gölkənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olub. Həmin fakültəni qurtardıqdan sonra üç il Lənkəran rayonunun Marso qəsəbəsində müəllimlik fəaliyyətinə başlayıb. Sonra bir neçə il Türkmənistanın Nebit-Dağ şəhərində neft şirkətində sistem-proqramçı vəzifəsində çalışıb.

Yenidən Bakıya köçdükdən sonda Azərbaycanın müxtəlif qəzetlərində müxbir, məsul katib və redaktor vəzifələrində işləyib. 1998-ci ildən 2009-cu ilin may ayınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq Əlaqələr və Gənclik redaksiyalarında redaktor kimi yaradıcılıq fəaliyyətini davam etdirib.

Hazırda “Azərbaycanlıyam” jurnalının, “Azərbaycanın səsi” xəbər portalının (http://www.assanews.com) və amirxeyir.com (Əmirxeyir və Bəriabadlıların görüş yeri – http://www.amirxeyir.com) saytının baş redaktorudur.

Babək Göyüş 2013-cü il noyabr ayının 25-dən 2014-cü il sentyabrın 7-dək ANS Televiziyasının saytında, sonra isə aznews.az xəbər portalında redaktor işləyib.

2014-cü ildə Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri təyin edilib.

İlk hekayəsi 1988-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap olunub. Daha sonra onun hekayələri “Azərbaycan”, “Ulduz” və “Azərbaycan təbiəti” jurnallarında, “Yol” qəzetində və digər mətbu orqanlarda işıq üzü görüb.

Yazıçının “Ağ geyimli qadın” hekayələr kitabı 2008-ci ilin noyabrında çap olunub. Kitabda yazıçının 1989-cu ilədək qələmə aldığı 11 hekayə toplanıb.

2004-cü ildən üzvü olduğu Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən 2013-cü ilin iyun ayında istefa verib.

Mükafatları:

Babək Göyüş Birinci Qarabağ savaşında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu” qəzetində hərbi müxbir vəzifəsində çalışdığına görə “Müharibə veteranı” adına layiq görülüb.

AzTV-də hazırladığı diaspor verilişlərinə görə Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin və “Diaspor” jurnalının “Qobustan” Beynəlxalq mükafatına layiq görülüb.

Yazdığı “Yaşıl qurbağanın çəhrayı daşı” hekayəsi “Azadlıq Radiosu”nun “Oxu zalı”nda keçirilən və Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr edilən “Ədəbi Azadlıq-2011” hekayə müsabiqəsində 3-cü yerə layiq görülüb.[4][5]

Əsərləri:

“Ağ geyimli qadın” (hekayələr kitabı). Bakı, “Qanun” nəşriyyatı, 2008, 116 səh. (azərb.)

“Ədəbiyyat cəbhəsində sakitlikdir” (publisistik yazılardan ibarət kitab). Bakı, 2015, “Ol” nəşrləri evi. (azərb.)

Evlidir, 2 övladı var.